YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Mayın 1-də Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə VI Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu keçirildi.  Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak etdi. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da “Bakı Prosesi”nin əhəmiyyəti xüsusi qeyd edildi. Tədbirin moderatoru, ABŞ-ın Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem bildirdi ki, Bakıda toplaşdığımız zaman biz sərhədləri aşan, məfkurələri keçən dərin çağırışlarla və fürsətlərlə səciyyələnən qlobal durumun şahidiyik. Bəşəriyyət iqlim dəyişmələri, pandemiya, terrorçuluq, kiber təhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə üzləşir. Münaqişələri həll etməli və sülhü qurmalıyıq. 2011-ci ildə başladıqdan sonra məhz “Bakı Prosesi” bu məqsədi vacib tutub. Bu gün “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Forumda əməkdaşlıq formalarını, rəhbərlik üsullarını müzakirə edəcəyik. “Bakı Prosesi”ndən və Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən bəhs edən videoçarxda bu çağırışlar edildi ki, əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq.

Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir. Cənubi Qafqazda onilliklərlə sürən münaqişədən sonra Böyük Qayıdış reallaşır, sülhə, təhlükəsizliyə və firavanlığa yol açan Azərbaycanın suveren milli sərhədləri bərpa olunur. Münaqişənin beynəlxalq hüquqa uyğun həllindən sonra ədalət zəfər çalır. Burada əsas mesaj ümiddir. Azərbaycan bu ümidi bütün dünyaya yaymağı səmimiyyətlə arzulayır. Bu yola birgə çıxaraq gəlin, qarşımızdakı fürsətdən yararlanaq, birləşək, müxtəlifliyi bayram edək!

Göründüyü kimi, birlik, həmrəylik çağırışları VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda xüsusi yer tutdu. Azərbaycan hər zaman qarşılıqlı etimada və birliyə xüsusi önəm verir. Bu məqam dövlət başçısı İlham Əliyevin çıxışında özünün aydın ifadəsini tapdı. Diqqəti ölkəmizin COP29-a ev sahibliyinə yönəldən cənab İlham Əliyev bildirdi ki, bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik: “Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Mən bu yaxınlarda tərəfdaşlarımızla iqlim dəyişikliyi ilə bağlı danışdım. Bu, qaçılmazdır. Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək.” Ölkə Prezidenti, həmçinin onu da diqqətə çatdırdı ki, özümüzün yaşıl gündəliyimiz var və biz buna COP29-a ev sahibliyi etmək şərəfinə layiq görüləndən xeyli əvvəl başlamışıq. 2027-ci ilə qədər bizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün  imkan yaranacaq. Bütün bunlar üçün biz çox yaxşı sərmayə şəraiti yaratmışıq.  sərmayədarlar var. Biz, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə edirik: “Bu, elə bir faktdır ki, biz onun əsasında beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilməliyik, yalnız sırf neft-qazın olması ilə deyil. Yəni, biz bununla bağlı hər hansı səhv addım atmırıq. Azərbaycan, onun göstəriciləri, iqlim dəyişmələrinə gəldikdə, hesab edirəm ki, onlar nümunəvi hesab oluna bilər.”

Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından geniş bəhs edərək bildirdi ki, sülhü müharibə vasitəsilə təmin etdik. Hazırda münaqişədən sonrakı vəziyyətdəyik. Azərbaycan çox fəal çalışır, Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. İndi sülhə doğru gedirik.

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi nüfuzunun artmasında öz sözünü deyir. Belə ki, tədbir iştirakçılarının onlarla ölkələri təmsil etməsi bu sayda nümayəndə tərəfindən Azərbaycan həqiqətlərinin təbliği deməkdir.

DİGƏR Xəbərlər Arxiv