YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Avropa Oyunlarının Azərbaycan standartları müəyyənləşdirildi

«İyun ayının 12-də Bakı şəhərində Milli Olimpiya Stadionunda I Avropa Oyunlarının möhtəşəm açlış mərasimi təkcə ölkəmizdə deyil, bütün dünyada böyük əks-səda doğurub. Bu tədbir öz milliliyi, eyni zamanda müasirliyi və qeyri-adiliyi ilə 100 milyonlarla tamaşaçını heyran qoydu. Azərbaycan müstəqilliyinin 24 ili ərzində bütün sahələrdə əldə etdiyi naliyyətləri təkcə bu açlış mərasimi ilə bir daha bütün dünyaya təqdim etdi». Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu hadisə son vaxtlar Azərbaycana qarşı haqsız olaraq aparılan qarayaxma kampaniyalarına ən tutarlı cavab oldu. Artıq onların da deməyə sözləri qalmadı. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümumi rəhbərliyi ilə, Mehriban xanım Əliyevanın sədrlik etdiyi “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən böyük dövlətlərin 6-7 il ərzində həyata keçirdikləri hazırlıq işləri cəmi 2.5 il ərzində yerinə yetirildi. Hazırlıq işləri ən yüksək səviyyədə yerinə yetirildi. Bütün idman obyektləri, ümumilikdə Oyunların keçrilməsi ilə bağlı bütün infrastruktur çox yüksək səviyyədə yaradılıb. Artıq “Avropa Oyunları”nın Azərbaycan standartları müəyyənləşdirilib.

«Bütün bunlar bir daha göstərir ki, Azərbaycan həqiqətən dünyanın nüfuzlu idman ölkəsinə çevrilib. Artıq Azərbaycanda bütün beynəlxalq səviyyəli idman tədbirlərinin yüksək səviyyədə keçrilməsi üçün hər bir şərait yaradılıb. Bu tədbirlərdə iştirak edən idmançılar, qonaqlar dünyanın müxtəlif dövlətlərini təmsil edən dövlət və hökümət başçıları, sıravi tamaşaçılar gördüklərinə heyran qaldılar. Azərbaycan müstəqillik tarixinin ən mühüm günlərindən birini yaşadı»- deyə, R.Əliyev qeyd edib.