YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın sarsılmaz qüdrəti, beynəlxalq arenada güclü və humanist mövqeyi vardır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Artıq bütün dünya dövlətləri Azərbaycanı ən etibarlı və strateji tərəfdaş olan güclü dövlət kimi tanıyır. Ona görə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik xarici siyasət ölkəmizin ən mötəbər müstəvilərdə nüfuzunu yüksəldir, həmçinin xalqımızın maraqlarına layiqincə müsbət təsir göstərən yeni-yeni dostluqlar və əməkdaşlıq platformaları yaranır. Rumıniya da Avropa dövlətləri arasında Azərbaycanla sıx və dərin dostluq əlaqələri olan dövlətlərdən biridir. Əgər biz tarixə nəzər salsaq, bu əlaqələrin uzun tarixi keçmişi olduğunu görə bilərik. Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 11 dekabr 1991-ci ildə rəsmi şəkildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 19 iyun 1992-ci il tarixində yaradılmışdır.Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyi 3 noyabr 1998-ci il tarixində açılmışdır. Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi 21 may 2001-ci il tarixində açılmışdır. Ölkələrimiz bir-birinə münasibətdə möhkəm dostluq və qarışılıqlı hörmət prinsiplərinə əsaslanır. Bir neçə gün öncə Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycanda səfərdə olub. Cari ilin fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə Prezidenti İlham Əliyev geniş və məzmunlu çıxışında ölkələrimiz arasındakı əlaqələrə toxunaraq,qeyd etdi ki,  strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Qeyd edilən məsələlər real göstəriciləridir. Bütün bunlar məhz Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlar və Onun liderlik keyfiyyətlərinin bariz nümunələridir. Ölkəmiz bütün sferalar üzrə böyük inkişaf yolu keçir. İndi Avropada Azərbaycan qazına ciddi tələbat yaransa da, bir çox Avropa dövlətləri etiraf edirlər ki, bizim Azərbaycan ilə əlaqələrimiz uzun tarixə dayanır. Azərbaycan ötən illər ərzində həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ilə öz etibarlılığını tamamilə sübuta yetirmişdir. Eyni ilə Rumıniya prezidentinin qeyd etdiyi kimi:- Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır.

Beynəlxalq müstəvidə böyük rəğbət qazanmaq, elecə də aparıcı dövlətlərlə ayrı-ayrılıqda bu dərəcədə sıx əlaqələr qurmaq, dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsini reallaşdırmaq, ancaq güclü bir Liderin, ən böyük strateqin-cənab İlham Əliyevin müdrik siyasi nəticəsində mümkün ola bilərdi. Biz keçmiş tariximizə nəzər yetirsək, şahid olacağıq ki, Azərbaycan tarixin heç bir dönəmində dünya çapında bu dərəcədə tanınmayıb və ya dövlətimiz indiki qədər inkişaf səviyyəsinə yüksəlməyib. Bugün Azərbaycanın nəyinki Avropada, şimaldan-cənuba, şərqdən -qərbə uzanan böyük arenada sarsılmaz qüdrəti, daim dəstəklənən humanist və güclü mövqeyi vardır.