YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

37 iclas, 320 qanun və qərar...

Milli Məclisin payız sessiyasında 19 iclas keçirilib, 206 qanun və qərar qəbul edilib.

Bu sözləri parlamentin sədri Sahibə Qafarova payız sessiyasının son iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq parlamentin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdirilib. Ümumilikdə bu il ərzində 37 plenar iclas keçirilib, 320 qanun və qərara baxılıb. Qanun yaradıcılığı işinin inkişaf etdirilməsi üçün ictimai dinləmə formatı genişləndirilib. Bununla əlaqədar olaraq Milli Məclisdə 10 dinləmə keçirilib.

“O cümlədən Xocalı soyqırımının 30 illiyi, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatları qəbul edilib. Fransa Senatının hər iki palatasının qəbul etdiyi qətnamələrə Milli Məclis etirazını bildirib. Xarici ölkələrin parlamentlərinə və çoxsaylı beynəlxalq təşkilatlara Milli Məclis tərəfindən məktublar göndərilib”, - deyə Sahibə Qafarova qeyd edib.