YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gürcüstan ilə münasibətlərə önəm verir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

Hazırda Gürcüstan  ölkəmizlə münasibətlərin genişlənməsində maraqlıdır. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf fazasına qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan da Gürcüstan ilə münasibətlərə önəm verir. İki dövlət arasındakı əlaqələrin zəngin tarixi var. Müstəqillik əldə etdikdən sonra diplomatik münasibətlər qurduğumuz ilk dövlətlərdən biri də Gürcüstan olub. Belə ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə bu münasibətlərin 30-ci ildönümü qeyd olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri keçən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Hər iki ölkə sabitliyə, konstruktivliyə, yalnız yaxın gələcəkdə deyil, həm də uzunmüddətli perspektivdə mehriban qonşuluğa meyil göstərir. Dövlət başçısı İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı müzakirə olunan məsələlər, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün bütün sahələrdə imkanların mövcudluğu barədə səsləndirilən fikirlər deyilənləri bir daha təsdiq edir. Yeni mərhələdə Azərbaycan Respublikasının xarici siyasətdə üstünlük verdiyi istiqamətlərdən biri də strateji tərəfdaşlarla əməkdaşlığın hərtərəfli inkişafıdır. Xarici siyasətdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və milli maraqlara söykənən ənənələri böyük məharətlə davam etdirən Prezident İlham Əliyev bu gün Gürcüstan ilə əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə böyük diqqət yetirir.

Qonşu ölkələrlə əlaqələr strateji siyasi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi baxımdan da vacibdir. Çünki Azərbaycan müasir qlobal dünyanın mühüm bir parçasıdır. Regionun inkişafında, o cümlədən, daha böyük bir coğrafiyada əsas qüvvə sayılan Azərbaycan dünyanın ən əsas enerji xəttinin üzərində yerləşən və karbohidrogen ehtiyatları olan bir dövlətdir. Azərbaycan hər zaman yüksək səviyyəli qlobal layihələrin əsas iştirakçılarından biri qismində çıxış edir.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan yaradır. Bu mənada Azərbaycanın Gürcüstanla reallığa çevrirdiyi enerji və nəqliyyat layihələri regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu əməkdaşlığın bariz nümunələridir. Bütün bunlar isə yalnız iki ölkə üçün yox, bütün tərəfdaşlar üçün təhlükəsizlik və iqtisadi gəlir deməkdir.

Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və hər zaman bu istiqamətdə addımlar atılıb.