YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlərarası əlaqələr möhkəm təməl üzərində qurulub

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri cənab Qaribaşvilinin dəvəti ilə oktyabr ayının 24-də Gürcüstanda işgüzar səfərdə olmuş, ən yüksək səviyyəli görüşlərdə iştrak etmiş, müxtəlif tədbirlərə qatılmış və Gürcüstanın Baş naziri ilə birgə mətbuat nümayəndələri qarşısında çıxış etmişdir. Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlığın demək olar ki, müttəfiqlik səviyyəsinə qalxdığını qeyd etmişdir.

Prezident İlham Əliyev bildirmişdir ki, Gürcüstanın Baş naziri ilə onun görüşləri tez-tez keçirilir və əlavə etmişdir ki, keçən il cənab Qaribaşvili 2 dəfə Azərbaycanda səfərdə olmuşdur. Bundan əlavə beynəlxalq təşkilatların keçirdiyi tədbirlər zamanı da onların bir neçə görüşlərinin olduğunu qeyd etmişdir.

Prezident İlham Əliyev bugünkü səfərin də Gürcüstanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcəyini xüsusi olaraq vurğulamışdır. O, bildirmişdir ki, əsirlər boyu xalqımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulmuşdur.

Prezident İlham Əliyev çıxışında 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyəti xarakterizə edərək bildirmişdir ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının gedişatı, bölgədə gedən proseslərlə bağlı Gürcüstanın Baş naziri cənab Qaribaşvilini məlumatlandırdığını söyləmiş və əlavə etmişdir ki, biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan Ermənistan sülh müqaviləsi imzalasınlar.

Prezident İlham Əliyev qeyd etmişdir ki, bu Azərbaycanın mövqeyidir. Azərbaycanın Qarabağ münaqişəsinin sülhlə tamamlanması üçün 5 əsas baza prinsipinin Ermənistana təqdim etmiş, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanının bu əsas  təməl prinsipləri əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq.

Prezident İlham Əliyev Azərbaycanın mövqeyini ifadə edərək qeyd etmişdir ki, əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.