YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat seçicilərini qəbul edib

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov seçiciləri ilə görüş keçirib.

Qəbul zamanı vətəndaşlar işsizlik, əlilliyin təyinatı, sosial müavinət, sağlamlıq problemləri və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər.

Problemlərin bir hissəsi yerindəcə həll olunub. Digər məsələlər isə nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndirilib.