YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə şəhərində erməni terrorunun qurbanlarının xatirəsi anılıb

YAP Laçın və Ağdam rayon təşkilatının üzvləri tərəfindən Bərdə rayonunda 2 il bundan əvvəl Ermənistanın terroru nəticəsində həlak olan mülki şəxslərin xatirəsi anılıb.

Mərasim iştirakşıları erməni terroru qurbanlarının xatirə lövhəsi önünə tər güllər düzüb, xatirələrini ehtiramla yad ediblər.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək qeyd edib ki, 2020-ci il oktyabr ayının  27 və 28-də Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib: “Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə atılan bombalar nəticəsində 27 nəfər həlak olub, 70-ə yaxın dinc sakin isə yaralanıb, yaşayış evlərinə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə ümumilikdə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb.”

Anım mərasimində çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Vətən müharibəsi zamanı Ermənistanın bilərəkdən mülki şəhərləri hədəfə alması, ictimaiyyət arasında təşviş yaratmaq cəhdlərini yada salaraq hərbçilərimizin ön cəbhədə olduğu kimi xalqımızın da arxa cəbhədə cəsarətlə mübarizəsini qeyd etdi. Mansur Quliyev onu da vurguladı ki, məhz ordu-xalq birliyi sayəsində düşmən üzərində şanlı zəfər qazanıldı, şəhidlərin qisası yerdə qalmadı.

Sonra partiya fəalları, ictimaiyyət nümayəndələri çıxış edərək erməni vandalizminin acı nəticələrini kəskin şəkildə pisləyiblər. Qeyd olunub ki, həlak olan dinc sakinlərin yaxınları terror zamanı doğmalarını itirdilər, onlar böyük üzüntü keçirdilər. Amma torpaqlarımızın işğaldan azad edilməsi, şəhidlərin qisasının alındığı hər kəs üçün bir təsəllidir. İnsanlıga sıgmayan bu vəhşilik dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənməlidir.

Mərasimdə iştirak edən şagirdlər  terror qurbanlarının xatirəsinə həsr edilmiş şerlər söyləyiblər.