YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda şəhid ailəsi ziyarət olunub

Yasamalda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə şəhid ailələri ziyarət olunur.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, təşkilat nümayəndələri, “Moskva pr.67” (“AzərSu” ASC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Günay Məmmədli Vətən müharibəsi şəhidi Məhərrəmov İsa Məhərrəm oğlunun ailəsinə baş çəkiblər.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid İsa Məhərrəmov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.