YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur!

Lerik rayonunda Vətən müharibəsi şəhidi Azərbaycan Ordusunun zabiti, kapitan Cavadov Cəlil Ağaddin oğlunun anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları əvvəlcə Cəngəmiran kəndində şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksini, daha sonra şəhidin məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, 1989-cu il martın 29-da Lerik rayonu Xəlifəkücə kəndində anadan olan Cəlil Cavadov 2020-ci ilin oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, o, ölümündən sonra “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.