YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər ehtiramla anılır

Biləsuvar rayonu Ağalıkənd kəndində Vətən müharibəsi şəhidi Məmmədov Elyar Elbəyi oğlunun şəhadətinin ikinci ildönümü qeyd olunub.

Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, şəhid valideynləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.