YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhidin xatirəsi anılıb

Quba rayonu İkinci Nügədi kəndində Vətən müharibəsi şəhidi Lətifov Eynulla Niyətulla oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları şəhidin ailəsini ziyarət edib, onlara dərin hüznlə başsağlığı veriblər.

Görüşdə Eynulla Lətifovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Eynulla Lətifov 2020-ci il oktyabrın 18-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunması görə” medalları ilə təltif olunub.