YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranın xarici işlər naziri Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə ətraflı məlumatlandırılıb

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov, Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlığın vacibliyini və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib. Bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin formalaşmasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə ətraflı məlumatlandırıb. Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.