YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə Cənubi Qafqazda davamlı sülhün və sabitliyin yaranması üçün tarixi fürsət pəncərəsi açılmışdır. Türkiyə olaraq Azərbaycan ilə Ermənistan arasında həyata keçirilən prosesləri dəstəkləyərək bu fürsətin dəyərləndirilməsi üçün çox mühüm addımlar atırıq.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.

Son günlər baş verən qarşıdurmalara baxmayaraq iki ölkə arasında ən qısa zamanda hərtərəfli sülhün yaranacağına əminliyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Azərbaycanlı qardaşlarımızın haqlarını və gələcəklərini qurmaq istiqamətində apardıqları mücadilədə daim onların yanında olmağa davam edəcəyik”.

Türkiyənin dövlət başçısı diqqətə çatdırıb ki, bölgədəki kommunikasiyaların ən qısa zamanda açılması hər kəsin maraqlarına uyğun olacaq.