YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Doğum günündə şəhidin xatirəsi anılıb

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış, Astara rayonunun Ərçivan qəsəbəsindən olan Zeynalov Sadiq Kamal oğlunun mövludu münasibəti ilə xatirəsi anılıb.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Turan Həsənzadə, partiya fəalları, rayonun idarə, təşkilat rəhbərləri, şəhidin döyüş yoldaşları və şəhid ailələri Zeynalov Sadiq Kamal oğlunun məzarını ziyarət edib, əziz xatirəsini yad ediblər.