YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan şans yaratdı, ermənilər isə...

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı ölkəmizin İndoneziyadakı səfirliyini təşəbbüsü ilə Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili Siyasətin Təhlili Departamentinin müdiri professor Tahirə Allahyarovanın AZƏRTAC-a verdiyi müsahibə bu ölkənin saytlarında yayımlanıb.

“Zəfərimizin Laçın dərsləri: Qələbəmizin dönüş nöqtəsi və Ermənistan dövlətinin terrorçu-vandalizm siyasəti üçün əcəl zəngləri” başlıqlı müsahibə “gpriority.co.id”, “disway.id”, “citayambersatu.com”, “mancode.id”, “heaptalk.com”, “sinarharapan.id” və “warnaplus.com” saytlarında AZƏRTAC-a istinadla yer alıb.

Məqalələrdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji diplomatik zəkası, qətiyyəti, iradəsi və hərbi-siyasi rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazandığı, Ermənistanın isə kapitulyasiya aktını imzaladığı əksini tapıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan belə Azərbaycana təhvil verildiyi qeyd olunub.

Yazılarda Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında Laçın şəhərinin, Zabux və Sus kəndlərinin boşaldılaraq geri qaytarılmasının da dövlətimizin başçısının şəxsi iradəsi ilə təsbit edildiyi bildirilib. Bununla yanaşı, Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə ermənilərin Azərbaycandan 2022-ci ilin avqust ayının sonuna qədər vaxt verilməsini xahiş etdiyi qeyd olunub. Ədalət və haqq müharibəsinin bütün qanunlarına əməl edən dövlətimizin ermənilər üçün bu şansı da yaratdığı, Ermənistanın Laçın şəhəri, Zabux və Sus kəndlərinin tamamilə boşaldılması öhdəliyinin avqust ayının sonuna kimi yekunlaşdığı vurğulanıb.

Məqalələrdə, həmçinin ermənilərin tərk etdikləri Zabux və Sus kəndlərində apara bilmədiklərini yandırdığı, məhv etdiyi qeyd olunub. Yerli və beynəlxalq mediada evlərə od vurulması, meşələrin alova qərq edilməsi, torpaqlara minaların basdırılması, mədəni abidələrə qarşı vandalizm aktlarının törədilməsi, təbiətə qarşı cinayətlərin yenidən dəyişməz xəbər başlıqlarına çevrildiyi bildirilib. Ermənistanın insanlıq əleyhinə cinayətlər törətməkdə, beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda, regional və qlobal təhlükəsizliyə ciddi təhlükə törədən dövlət olmasını nümayiş etdirməkdə davam etdiyi diqqətə çatdırılıb. Bütün bunların fonunda erməni əhalinin etnik təmizləməyə məruz qalması ilə bağlı Ermənistan dövlətinin əsassız hay-küyü və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək kampaniyasına başladığı vurğulanıb.

Ermənistanın son 30 ildə Qarabağda həyata keçirdiyi terrorçuluğun, vandalizmin çoxşaxəli olmaqla, siyasi, hüquqi, iqtisadi, ekoloji, mülkiyyət əleyhinə, insan hüquqları, mədəni soyqırımı, şəhərlərin məhv edilməsi və təbiətə qarşı törədilən cinayətlərin tam bir kompleksini formalaşdırdığı qeyd edilib. Cənnətməkan Qarabağda “yandırılmış torpaq” siyasətini, təbiətə qarşı ən ağır cinayətləri törətdiyi, təbii sərvətlərimizi qanunsuz istismar etdiyi, coğrafi landşaftı və torpaq kadastrını viran qoyduğu əksini tapıb. Həmçinin Qarabağda bütöv şəhərləri yer üzündən silməklə beynəlxalq konvensiyaları kobud şəkildə pozduğu, bundan əlavə, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma kimi hərbi və insanlıq əleyhinə cinayətlər törətdiyi yazılıb.

Məqalələrdə Tahirə Allahyarovanın sözləri sitat gətirilib: “Kapitulyasiya aktının reallaşdırılması fonunda Azərbaycan dövləti dünyada ilk dəfə baş verən XXI əsrin ən geniş miqyaslı qlobal humanitar layihəsini - 30 ildən sonra azad Qarabağa qaçqın və məcburi köçkünlərin qayıdışını gerçəkləşdirir. Bu gün Laçın və Zabuxda terror mahiyyətli dövlət siyasətini davam etdirən Ermənistana törətdiyi bu cinayətlərin ağır yükü heç də asan başa gəlməyəcək. İşğalçılıq siyasətinin davam etdiyi otuz ilin hesabı bu ölkədən istəniləcək”.

Zəfər tarixinin yazılması ilə dövlətimizin nəinki son iki ildə, həmçinin paralel olaraq, son 30 ildə törədilən bütün cinayətlər kompleksini heç bir istisna olmadan beynəlxalq hüquqi instansiyalara daşınmasını təmin edəcəyi fikrinə yer verilib. Azərbaycana vurulmuş ziyanın hesablandığı, Azərbaycanın Baş Prokurorluğunun müvafiq cinayət işlərini qaldırdığı vurğulanıb. Növbəti mərhələnin beynəlxalq məhkəmə və tribunallarda Ermənistanın terrorçu və vandalizm dövlət siyasəti nəticəsində Azərbaycana vurulan ziyanla bağlı təzminatın tələb edilməsi mərhələsi olduğu diqqətə çatdırılıb.