YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Xudayət Orucovun doğum günündə xatirəsi anılıb

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Orucov Xudayət Vilayət oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşı Əlövsəd Allahyarov, şəhidimizin ailə üzvləri, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Abdullayev Nihat Adil oğlunun, İbrahimov Elçin Rövşən oğlunun, Həsənov Elnur Elman oğlunun, Babayev Mustafa Elman oğlunun, Əhmədov Mahmud Fərman oğlunun, Mustafayev Ramiz Bağman oğlunun, Əliyev Tahir Çingiz oğlunun da məzarları ziyarət olunub, əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhid Xudayət Orucovun ailəsinə baş çəkib, onların qayğıları ilə maraqlanıblar.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xudayət Orucov 2020-ci il noyabr ayının 4-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.