YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhidlərin əziz xatirəsi yad edilib

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan Abşeron rayonundan olan igidlər doğum günlərində anılıblar.

Şəhid gizir Rəşidov Ziyəddin Arzu oğlunun 25-ci, şəhid İsgəndərov Anar Vahid oğlunun 21-ci, şəhid Məmmədov Tərlan Müşfiq oğlunun 26-cı, şəhid Həşimov Fuad Ceyhun oğlunun 26-cı, şəhid Müslümov Elşən Habil oğlunun 27-ci doğum günləri qeyd edilib.

Anım tədbirləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər Xırdalan şəhərindəki və Saray qəsəbəsindəki Şəhidlər xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzüblər.

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi hərbi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev mərasimlərdə çıxış edərək bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Qeyd edilib ki, şəhid ailələri və qazilər həyatlarının hər bir anlarında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər.

Vurğulanıb ki, “Dəmir yumruq” ətrafında birləşən Azərbaycan xalqı düşmən üzərində döyüş meydanında şərəfli Qələbə qazanaraq torpaqları işğaldan azad edib. Vətən müharibəsi zamanı şəhidlərimizin qisasının layiqincə alındığı qeyd edilərək bildirilib ki, qəhrəman döyüşçülərimizin adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələr icra olunub və bu işlər bundan sonra da davam etdiriləcək.

Daha sonra şəhidlərimizin əvvəllər yaşadıqları evlərdə onların ailə üzvlərinə baş çəkilib, ailələrin qayğı və problemləri dinlənilib.

Şəhid ailələri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.