YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatının nümayəndələri qazini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təşkilatın məsul əməkdaşları- Elməddin Əsgərxanov, Əlövsət Məmmədov, Nurayə Məmmədova, Coşqun Tapdıqlı, Vasif Mehdizadə və Türkmən kənd ərazi partiya təşkilatının sədri Firdovsi Nəcəfov rayonun Türkmən kəndindən olan qazi çavuş Yusifzadə Məhəmməd İsrafil oğlunu ziyarət ediblər.

Vətən müharibəsi zamanı Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralanaraq sol ayağını itirən qazi Məhəmməd Yusifzadə ilə görüş zamanı rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Müzəffər Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatan Vətən müharibəsində Qəbələ rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Bərdə rayonunda da hər zaman diqqət və qayğı ilə əhatə olunub.

Qazi Yusifzadə Məhəmməd döyüş yolundan, müalicəsindən, “YAŞAT” Fondu tərəfindən göstərilən maliyyə dəstəyindən, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından danışıb.

Qeyd edək ki, çavuş Məhəmməd Yusifzadə 7 il yarım idi ki, Azərbaycan Silahlı Qüvvələrində Vətənə xidmət edirdi. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.  Ailəlidir, 4 yaşlı qız, 3 yaşlı oğlan övladı var.