YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəfiqə Şabanova: Avropa qitəsinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır

Sevincimin həddi-hüdudu yoxdur. Avropa qitəsinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır. Buna çox sevinirəm.

Bu sözləri Naxçıvanda Alov festivalında iştirak edən Avropa Oyunları tarixinə ilk məşəlçi kimi düşən, “Monreal-1976” XXI Yay Olimpiya Oyunlarının çempionu, həndbolçu Rəfiqə Şabanova deyib.

Olimpiya çempionu bildirib ki, Avropa Oyunlarının ilk məşəlçisi olmaq həyatımın ən unudulmaz anıdır. Açığı, bu şərəfə layiq görüləcəyimi gözləmirdim. Bu xoşbəxtliyi mənə bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, idmançılarımız da “Bakı-2015”-də sözlərini deyəcək və xalqımızı, artıq adət etdiyimiz kimi, qələbələrlə sevindirəcəklər.