YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhid Elnur Əsədullayevin doğum günündə xatirəsi anılıb

Lerik rayonunda 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan şəhid kiçik gizir Əsədullayev Elnur İmran oğlunun doğum günü qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri Elnur Əsədullayevin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Elnur Əsədullayev 2020-ci il oktyabrın 30-da Füzuli istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik məqamına yüksəlib. Prezidentin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Füzulinin azad olumasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.