YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn Quliyev Teymur Zamin oğlunun və Məmmədov İlkin Abdulla oğlunun xatirəsinə Abşeron rayonunun Saray qəsəbəsində inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.

YAP Abşeron rayon təşkikatının sədri Abbas Əliyev Azərbaycanın döyüş meydanında qazandığı Qələbədən, regionda gedən siyasi proseslərdən respublikamızda olan sabitlikdən, ölkəmizdə həyata keçirilən ordu quruculuğudan və Silahlı Qüvvələrimizin qarşıya qoyulmuş vəzifələrə çatmaq gücündə olmasından bəhs edərək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan igidlərimizin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin aparıldığı, şəhidlərin adlarının əbədiləşdirmək məqsədi ilə Abşeron rayonu ərazisində bir sıra tədbirlərin görüldüyü, o cümlədən böyük layihələrin hazırlandığı, igidlərimizin adlarının küçələrə verildiyi və həmin küçələrin abadlaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyi vurğulanıb. YAP Abşeron rayon təşkilatının sədri ayonda bundan sonra da şəhid ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq göstəriləcəyini vurğulayıb.

Mərasimdə çıxış edən şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Tədbir iştirakçıları Vətən müharibəsi şəhidləri Teymur Quliyev və İlkin Məmmədovun əziz xatirəsinə açılan ehsan süfrəsinə də qatılıblar.