YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda şəhid Yalçın Cavadovun doğum günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və Aparatın əməkdaşları Vətən müharibəsində şəhid olan Cavadov Yalçın Aydın oğlunun doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar.

Daha sonra rayonun Sabir qəsəbəsində Yalçının xatirəsinə inşa olunan bulaq və şəhidin ailəsi ziyarət olunub.

Təşkilat sədri Tural Qasımlı ailənin qayğı və problemləri ilə maraqlanıb, şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərindən danışıb.

Ziyarət zamanı şəhidin valideynlərinə YAP Şamaxı rayon təşkilatı tərəfindən təşəkkürnamə təqdim edilib.

Sonda şəhidin ailə üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.