YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə xanım Əliyeva tibb sahəsində parlaq səhifələr açıb

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının, Samux Rayon İcra Hakimiyyətinin və Samux rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.  

Tədbirdə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, oftalmoloq Loğman Hacıbədəlli və digərləri çıxış edərək görkəmli alim Zərifə Əliyevanın elmdə yeni istiqamətlərdə apardığı tədqiqatlarından danışıb, oftalmologiya elmi sahəsində qiymətli araşdırmalar apardığını diqqətə çatdırıblar.

Oftalmoloq-alimin çoxşaxəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycanın tibbində parlaq səhifələr açdığını deyən natiqlər onun əziz xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini vurğulayıblar. 

Tədbirin sonunda bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim olunub.