YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev fenomeni və milli mədəniyyətimiz”

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 - ci ildönümü münasibəti ilə Şərqi Zəngəzur Mədəniyyət İdarəsinin Laçın rayon mədəniyyət müəssisələrinin iştirakı ilə “Heydər Əliyev fenomeni və milli mədəniyyətimiz.” mövzusunda tədbir keçirib.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin məsul əməkdaşı, Ərazi Partiya təşkiat sədrləri, Şəhid ailə üzvüləri,müharibə iştirakçıları, Agsaqqallar, Gənclər, YAP fəalları, Laçın rayonu üzrə mədəniyyət müəssisələrində çalışan işçilər və ictimayyət nümayəndələri iştirak etmişdir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir”-qısametrajlı filmi nümayiş etdirilib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov giriş sözü ilə çıxış edərək bildirdi ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qaytardı. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. İlqar İlyasov qeyd edib ki, mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür. Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasınıın A. Bakıxanov adına Tarix və Etnalogiya İnstitutunun baş elmi işçisi, professor, əməkdar mədəniyyət işçisi Solmaz Məhərrəmova bildirdi ki, xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi və yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. Bu yüksəlişi gözəl diyarımızda yaşayan bütün vətənsevər insanlar duyur, görür, alqışlayır və dəstəkləyirlər. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasını qoydu.

Çıxış edən YAP Laçın rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini Türkanə Nuriyeva vurguladı ki, Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə otuzdurdu.

Çıxışlar bitdikdən sonra rayonun ictimai- siyasi həyatında və xidməti işində xüsusi fərqlənən bir qrup mədəniyyət işçisi YAP Laçın rayon təşkilatının “Təşəkkürnamə” si ilə təltif olunub, YAP sıralarına qəbul olunan bir qrup gəncə isə partiya vəsiqələri təqdim edilib.

Sonra Laçın Uşaq Musiqi Məktəbləri kollektivlərinin hazırladıqları ədəbi- bədii kompozisiya nümayiş etdirilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.