YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın qəlbində əbədilik qazanan Lider

Ayaz  Quliyev

YAP Xızı rayon təşkilatının sədri 

Bu  günlərdə  Azərbaycanın  bütün  bölgələrində, rayon  və şəhərlərində  xalqımızın  Ümummilli  Lideri  Heydər  Əliyevin  99-cu  ildönümü  böyük  təntənə  və  coşqu  ilə  qeyd  olunmaqdadır.

Tarixi  proseslərin  gedişinə  həlledici təsir  göstərə  bilən  şəxsiyyətlər  olur. O,  xalq  xoşbəxtdir  ki, taleyinin  həlledici  məqamlarında insanları  ardınca  aparacaq, hadisələrə  güclü  təsir  göstərəcək övladı  olur. Bu  mənada  Azərbaycan  xalqını xoşbəxt  hesab  etmək  mümkündür. XX  əsrin  90-ci  illərinin  əvvəlində  yenidən  dövlət  müstəqilliyinə  qovuşmaq  imkanı  yarandı. Lakin  əsrin  əvvəlində  baş  verən  hadisələrin – tarixin  təkrarı:  yenə  də  daxildəki   çəkişmələr,  hakimiyyət   uğrunda   aramsız  mübarizə, xaricdən  təhdidlər  və  ermənilər  tərəfindən  torpaqların  işğalı  eyni  aqibətin  yaşanacağına  şübhə  doğurmurdu. Artıq  nəinki  yenicə  qazanılan  dövlət  müstəqilliyi, hətta  Azərbaycanın  bir  dövlət  kimi  mövcudluğu  belə, real  təhlükə  qarşısında  idi. Son  anda  Azərbaycan  xalqı  müdrikliyini  nümayiş  etdirdi, üzünü  sınanmış  və  sədaqətli  oğlu Ümummilli  liderimiz  Heydər  Əliyevə  tutdu. Ulu  Öndər  xalqın  bu  çağırışına  biganə  qalmadı.  Yenidən  Respublika   rəhbərliyinə  qayıdaraq: ”Mən  ömrümün  qalan  hissəsini  də  xalqıma  bağışlayıram” - deyə  bəyan etdi. Qısa  müddətdə  bir  neçə  istiqamətdə  yorulmadan  çalışaraq  ölkəni məhv olmadan, eyni  zamanda, Azərbaycan  Xalq  Cümhuriyyətinin  talehinin  yaşanmasından  xilas  etdi.

Ulu  Öndər  Heydər  Əliyevin  Azərbaycan  xalqı  və  dövləti  qarşısındaki  xidmətləri  saysız-hesabsızdır. Ən  böyük  xidmətlərindən  biri  Azərbaycanın  müstəqilliyini  əbədiliyə  və  dönməzliyə  çevirən, dövləti  daim  tərəqqi  və  inkişaf  yolu  ilə  aparan, xalqın  rifahının  durmadan  yüksəlməsini  təmin  edən  siyasi  kursun  hazırlanmasıdır. Müstəqillik  müddətində ölkədə  qazanılan  uğur  və nailiyyətlər, xalqın  istək  və  niyyətlərini  gerçəkləşdirmə  qabiliyyətini  dönə - dönə  təsdiq  etmişdir.

Ümummilli  lider Heydər  Əliyev  rəhbərliyinin  bütün  mərhələlərində  Azərbaycan  xalqına  sonsuz  məhəbbət  və  sədaqət  hissi  ilə, qurub-yaratmaq  amalı  ilə  yaşamışdır. Özünün  zəngin  və  mənalı  həyatı  boyu  daim   öz  xalqını,  doğma   vətənini  düşünmüş, onu üzləşdiyi  çətinliklərdən  xilas  etmək  üçün  böyük  fədakarlıqlar  göstərmişdir.  Bu  gün  müstəqil  Azərbaycan  dövlətinin  yaşaması,  dünyada  qüdrətli  bir  ölkə  kimi  təşəkkülü  üçün Ümummilli  Liderimiz  Heydər  Əliyevə  borcluyuq. Onun polad  iradəsi  və  qətiyyəti, fədakar  əməyi sayəsində  müasir  Azərbaycanın bünövrəsi  ucaldılıb.

Biz  bu  gün  fəxrlə  qeyd  edirik  ki,  müstəqil  Azərbaycanın  dünyada  demokratik, hüquqi, dünyəvi  dövlət  kimi  tanınması  Ümummilli   Liderimizın  uğurlu  siyasi  kursunun  davam  etdirilməsinin  nəticəsidir.

Bu  gün  əminliklə  demək  olar  ki,  Azərbaycanın  siyasi  suverenliyinin, iqtisadi  müstəqilliyin  əsası  məhz  70-80 –ci  illərdə  qoyulmuş  möhkəm  təmələ, güclü  intellektual  və  iqtisadi  potensiala  söykənir. Bu  potensial  müstəqillik  illərində  daha  da  qudrətli  Azərbaycan  dövlətinin  yaradılmasına  güclü  təkan  vermişdir.

Ümummilli  liderimiz  1993-2003-cü illərdə  gördüyü  möhtəşəm  işlər  onun  Azərbaycana  rəhbərliyinin  birinci  dövründəki  xidmətlərinin  davamı  kimi  qiymətləndirilir. Ulu öndər Heydər  Əliyev  ölkəyə  rəhbərliyinin  ikinci  dönəmində müstəqil  Azərbaycanın  dünyaya  tanıdılmasında  öz  əvəzsiz  rolunu  oynadı.

Beləliklə, Azərbaycanda  demokratik, dünyəvi  dövlət, vətəndaş  cəmiyyəti  quruculuğunun  əsası   qoyuldu. Qısa  bir  zaman  kəsiyində  iqtisadi tənəzzülün  qarşısını  alan ulu öndər Heydər   Əliyev ölkəmizin   davamlı,  dinamik   inkişafı  istiqamətində  də  islahatlar  həyata  keçirdi. Ulu  Öndər  Heydər  Əliyevin  təşəbbüsü  və  siyasi iradəsi  ilə  1994-cü ilin  sentyabrında “Əsrin  müqaviləsi” nin  imzalanması, 1995-ci  ilin  noyabrında  ilk  Konstitusiyasının  qəbul  edilməsi, 1998-ci  ildə  ölüm hökmünün  ləğv  edilməsi, aqrar - islahatların  aparılması, 2001-ci  ilin  yanvarında  Müstəqil  Respublikamızın  Avropa  Şurasına  tamhüquqlu  üzv  qəbul  edilməsi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa  neft  kəmərlərinin, Bakı-Tbilisi- Ərzurum  qaz  kəmərinin  cəkilməsi, bərpa  olunan  qədim  İpək  Yolu  Qərblə  Şərqi, Şimalla Cənubu həm dəmiryolu  xətti  ilə, həm  də  avtomobil  yolları  ilə  sıx  birləşdirən  layihələr  həyata  keçirildi.