YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Qurultayının Şuşa şəhərində keçirilməsi dünya azərbaycanlılarının fəaliyyət dövründə yeni mərhələnin başlanğıcı kimi tarixdə yadda qalacaqdır

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşkilatının sədri

Dünya Azərbaycanlılarının V "Zəfər" Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı qədim Azərbaycan torpağı Şuşa şəhərində keçirilməsi ölkəmizin  ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dünya azərbaycanlılarının  fəaliyyət dövründə yeni mərhələnin başlanğıcı kimi tarixdə yadda qalacaqdır.

Vətən müharibəsində Azərbaycanın xalqının əldə etdiyi tarixi qələbədən sonra regionda yaranmış yeni dövrün yeni reallıqları və dünyada baş verən mürəkkəb proseslər kontekstində yeni çağırışlar və hədəflər meydana çıxmışdı.

Qurultayın Şuşa şəhərində keçirilməsi həm dünya azərbaycanlılarına, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesaj kimi qəbul edilərək Qurultay iştirakçıları tərəfindən böyük məmnunluq hissi ilə qarşılanmışdır.

Qurultayın keçirilməsi üçün məhz Şuşanın seçilməsi bu şəhərin 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərərək diasporunun yeni tarixi mərhələdə fəaliyyət istiqamətlərini məhz bu şəhərdə müəyyənləşdirməsi xüsusi məna kəsb etmişdir.

Şuşa bizim üçün mədəniyyət paytaxtı, zəfər rəmzi olmaqla yanaşı, həm də dəmir yumruq kimi birliyimizin, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi olaraq dünyaya bir mesaj oldu.

Bütün bunlar bir daha Ümummilli Lider Heydər Əliyevin ən layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş çevik siyasətinin nəticəsidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qurultaydakı nitqində səsləndirdiyi tövsiyələr qarşıdakı fəaliyyət dövrü üçün diasporlarla işin  ideoloji istiqamətlərini müəyyən edərək, yeni fəaliyyət planlarını qarşıya qoymuşdur.

Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda geosiyasi reallıqlarını dəyişməklə yanaşı, diasporun qarşısında da fərqli vəzifələr müəyyən edərək yeni dövrün yeni reallıqlarına uyğun təbliğatın aparılmasını xaricdə yaşayan soydaşlarımızın diqqətinə çatdırmışdır.

Ümumilli Liderin qeyd etdiyi kimi "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm! Bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" -  milli azərbaycançılıq məfkurəsi hər bir soydaşımız üçün örnək olmaqdadır!