YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycan dövlətinin tarixi qələbəsidir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Şuşada keçirilən Zəfər qurultayı dünyaya yeni bir pəncərə açdı. Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayının keçirilməsi Azərbaycan tarixinə yazılan qürurverici tədbirlərdən biridir. Azərbaycan dünyaya necə sülhsevər olmağı, tolerantlığı səbri- təmkini və qətiyyəti nümayiş etdirməklə yanaşı,vətənini , torpağını sevməyi qorumağı, ona əl uzadanın, düşmən gözü ilə baxanların layiqli dərsini verməyi də nümayiş etdirdi. Dünyanın mədəniyyət incilərindən olan qədim Şuşamızda bu cür təntənəli tədbirin keçirilməsi həm də ermənilərin bu vaxtadək tarixə saxtakarcasına yamaq edilmək xülyalarını məhv etdi. Bütün dünyaya Azərbaycanın qədim Şuşa şəhərindən verilən bir mesaj oldu. Danılmaz faktdır ki, Ermənilər zaman- zaman Azərbaycana qarşı mənfur niyyətdə olub, məqam düşdükdə isə çirkin niyyətlərini həyata keçirmək istəyiblər. Tarixə qısa nəzər salanda görürük ki, XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olan Ermənistan- Azərbaycan münaqişəsi milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Heç kəsə sirr deyil ki, ermənilər tarixən digər dövlətlərin torpaqları hesabına özləri üçün “qədim yurd” iddiası edib,qurama dövlət düzəltmək xülyasında, arzusunda olublar. Etiraf etməliyik ki,bəzən mənfur qonşuların çirkin planları hansısa imperialist havadarları tərəfindən müvəqqəti də olsa reallaşıb. Əslində bu cür şovinist “diplomatiya” müasir dünya üçün utancverici haldır. Təəsüflər olsun ki özünü sülhsevər ölkə kimi təqdim edən böyük güclər bu cür milli münaqişələrin alovlanmasına nəinki göz yumur, hətta, münaqişənin yaranmasında maraqlıdırlar. Xoşagəlməz haldır ki,bu tip münaqişə Azərbaycandan da yan keçməyib. Hələ xx əsrin əvvəllərindən, hətta bir azda əvvəl Azərbaycana qarşı torpaq iddiası sürən mənfur qonşumuz əsrin sonuna bu içirkin əməllərindən çəkinməyiblər. Erməni diasporu və lobbisi münaqişənin gedişatına təsir etməklə yanaşı, fəaliyyət göstərdikləri ölkələrdə uydurma iddialara əsaslanan təbliğat işi aparır və müxtəlif dövlətləri münaqişəni öz maraqlarına uyğun həllə yönəltməyə çalışırdı. Azərbaycanda isə həmin dövr siyasi vəziyyət heç də ürək açan vəziyyətdə deyildi.Ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi, ümummilli lider Heydər Əliyevdə görərək ölkənin gələcək taleyini ona etibar etdi. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ümummilli lider belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. Ulu öndər hakimiyyətə gəldikdən sonra, dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olub, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul edilib. 2003- cü ildən isə münaqişənin həlli istiqamətində aparılan işlər yeni müstəviyə keçib.2007-ci ilin noyabr ayında Minsk qrupu münaqişənin sülh yolu ilə həlli prinsiplərini hazırlayıb. Madrid adlanan proses çərçivəsində təklifləri ehtiva edən Madrid sənədinin birinci versiyası tərəflərə təqdim olunub. 2009-cu ilin sonunda isə Madrid sənədinin yenilənmiş layihəsi hazırlanıb və tərəflərə təqdim edilib. Lakin Ermənistanın destruktiv mövqeyi səbəbindən gözlənilən irəliləyiş əldə olunmayıb. Hər iki sənəd münaqişənin mərhələli şəkildə həll edilməsini nəzərdə tutaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını, kommunikasiya xətlərinin bərpasını və digər elementləri ehtiva edirdi. Azərbaycan və Ermənistanın dövlət başçıları - İlham Əliyev və Serj Sarkisyan arasında 2008-ci il noyabrın 2-də Moskvada keçirilən görüşün sonunda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Moskva Bəyannaməsi imzalanıb. Bəyannamədə münaqişənin siyasi vasitələrlə beynəlxalq hüququn normaları və prinsipləri əsasında və bu çərçivədə qəbul edilmiş sənədlərə və qərarlara əsasən həll edilməsi və bunun da öz növbəsində regionda hərtərəfli əməkdaşlığa şərait yaradacağı göstərilib. 2016-cı ildə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş 17-ci Zirvə görüşündə qəbul olunmuş Yekun Sənəddə dövlətlər BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalmasına təəssüf edib və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstəklərini bildirib. Sonrakı görüşlərdə dövlət başçıları münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqların davam etdirilməsi haqqında razılığa gəlib və problemin humanitar aspektlərinə xüsusi diqqət ayırıblar. Lakin danışıqlar prosesində intensivliyin artdığını və prosesin öz maraqlarına uyğun cərəyan etmədiyini görən Ermənistan hərbi təxribatlar yolu ilə danışıqları pozmağa çalışıb. 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutub,nəticədə dinc əhali xəsarət alıb.Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2 min hektardan çox ərazisi azad edilib. Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə bölgəsində gərginliyin əsas səbəbi olduğunu və Azərbaycanın heç vaxt işğalla barışmayacağını növbəti dəfə sübut edib. . Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. İyun və iyul aylarında Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində səylərini artırdığı, beynəlxalq ictimaiyyətin substantiv danışıqlara ciddi çağırışları fonunda Ermənistan qoşunların təmas xətti boyunca vəziyyəti gərginləşdirməyə çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın sərsəm bəyanatına cavab verib: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır və nida işarəsi”. Qarabag münaqişəsinin həlli hər zaman Azərbaycan prezidenti üçün vacib məsələ olub. Bu məqamı ölkə Prezidenti dəfələrlə öz çıxışlarında bildirib. 2020-ci il fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələr baş tutub. Azərbaycan Prezidenti müzakirələr zamanı Azərbaycanın münaqişə ilə bağlı haqlı mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və Ermənistanın işğalçılıq siyasətini və saxta iddialarını tarixi faktlara və beynəlxalq hüquqa əsaslanaraq öz arqumentləri ilə darmadağın edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, “sərhədləri bütün dünya tərəfindən tanınmış suveren dövlətin ərazisinin işğal edilməsinə dünya ictimaiyyəti lazımınca diqqət yetirməmişdir... Bütün bunlar ən böyük ədalətsizlikdir və bu ədalətsizlik uzun illərdir davam edir”.Təcavüz - beynəlxalq hüququn fundamental prinsiplərini kobud şəkildə pozan, gücdən qeyri-qanuni istifadənin ən ağır forması olan beynəlxalq cinayətdir. Azərbaycana qarşı hərbi təcavüz aktı törədən Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə ona qarşı sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir.Azərbaycan prezidenti dəfələrlə vurgulamışdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. Lakin Azərbaycan dövlətinin davamlı sülh çağırışlarını yalnız təxribatla qarşılayan Ermənistan tərəfi sülhün ədalət şərtləri ilə bərpasına müsbət yanaşmadı.Ermənistanın növbəti təxribat cəhdləri 44 günlük müharibəni qaçılmaz etdi. Azərbaycan ərazilərinə xaincəsinə soxulan mənfur Ermənistanın təcavüzkar ordusu RƏŞADƏTLİ Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Azərbaycan son 30 ildə kağız üzərində qalan bəyanatları, müqavilələrin ədalətli həllinə imza atdı. Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələ müsbət həllini tapdı.