YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər yolunun hədəfləri Azərbaycançılıq birliyi işığında”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında “Mədəni inkişaf və dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər yolunun hədəfləri Azərbaycançılıq birliyi işığında” adlı layihə çərçivəsində seminar keçirib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov və başqaları bildiriblər ki, 44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşdırılmış milli ideologiyanın, milli mənlik şüurunun, möhkəmlənmiş dövlətçiliyin bariz nümunəsi idi.

Qeyd olunub ki, Vətən müharibəsi həm də Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü idi. Müharibədə dinindən, etnik mənsubiyyətindən, statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı eyni vətənpərvərlik və birlik içərisində Vətənimizin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad olması yolunda öz canlarını sipər etdilər, şəhidlik zirvəsinə ucaldılar, qazi və qəhrəman oldular. Vətən müharibəsi dünyaya Azərbaycan xalqının birliyini və qüdrətini nümayiş etdirdi.

Çıxışlardan sonra tədbirdə müzakirələr aparılıb.