YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Qırğızıstan əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə,  dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Azərbaycan və Qırğızıstan arasında əlaqələrin belə səviyyədə inkişafı eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Bu gün iki ölkə arasında münasibətlər daha da dərinləşir. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs ölkələr arasında münasibətlərdə öz müsbət təsirini göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu siyasət aparır. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsü Qırğızıstan tərəfindən dəstəklənmişdir. Bununla bağlı Prezident İlham Əliyev demişdir: “Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir. Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov bəyanatlarla etdikləri çıxışlardan sonra biz əminliklə deyə bilərik ki, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcək, Azərbaycan və Qırğızıstan arasında əlaqələr bütün sahələr üzrə da genişlənəcəkdir.