YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummili Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir.

Bu gün futbol və dama idman növləri üzrə keçirilən yarışlarda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ümummili lider Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Onun sözlərinə görə, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayaraq, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışıb. İdmana dövlət qayğısı daha da artırılıb, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılıb. Rayon təşkilatının sədri artıq azad olunan torpaqlarda da idman yarışlarının təşkil olunduğunu qürur hissi ilə vurğulayıb.