YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Azərbaycanla Qırğızıstan arasında əlaqələr uğurla inkişaf edir

“Azərbaycanla Qırğızıstan arasında əlaqələr uğurla inkişaf edir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri münasibətlərimizin daha da inkifına təkan verəcək”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, səfər zamanı hər iki ölkənin rəhbərləri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə edib, dövlətlərarası sənədlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. Imzalanan sənədlər arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edir. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Qırğız Respublikasının Prezidenti Sadır Japarov isə iki ölkə arasında münasibətlərin əsasının dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyuludugunu vurğulayaraq, əməkdaşlığın daha fəal şəkildə davam etdirilməsinin vacibliyinə diqqət çəkib. Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şəraitin mövcudluğunu qeyd edən ali qonaq iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması istiqamətində Prezident İlham Əliyevin təşəbbüsünü yüksək dəyərləndirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər qədim tarixə malikdir. Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr inkişaf edir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. “Bu gün dünyada baş verən dərin proseslər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi imkanlar yaradır. Biz Türk Dövlətləri Təşkilatını müstəvisində də fəal əməkdaşlıq edirik. Türk dünyasında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur, öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Qırğızıstan Prezidenti bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün göstərdiyi fəaliyyəti xüsusi qeyd edib. Hazırkı şəraitdə Mərkəzi Asiyanın türk dövlətləri də türk dünyasının inteqrasiyası prosesində daha fəal olmalı, türk birliyinin daha da güclənməsinə öz töhfələrini verməlidir. Hesab edirəm ki, qarşılıqlı səfərlər, aparılan görüşlər və verilən qərarlar bu hədəfə çatmağımızda mühüm rol oynayacaq”-deyə, Fatma Yıldırım vurğulayıb.