YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda Vətən müharibəsi şəhidi Əlövsət İbrahimovun doğum günü qeyd olunub

Şamaxı rayonunda Vətən müharibəsi şəhidi İbrahimov Əlövsət Seyidxan oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və təşkilat nümayəndələrinin iştirak etdikləri ziyarət zamanı Vətən müharibəsi qəhrəmanının əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Sonra partiya üzvləri şəhid ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Rayon təşkilatının sədri Tural Qasımlı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, Vətən övladlarının xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb.

Ziyarət zamanı şəhidin valideynlərinə YAP Şamaxı rayon təşkilatı tərəfindən təşəkkürnamə təqdim edilib.

Sonda şəhidin ailə üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.