YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Rəşad Zeynallının doğum günü ilə əlaqədar məzarı ziyarət olunub

Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Zeynallı Rəşad Qiyas oğlunun doğum günü qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov və eləcə də rayon ictimaiyyəti və şəhidin ailə üzvləri Rəşad Zeynallının məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Çıxışlarda Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağı bildirilib. 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Rəşad Zeynallı 2020-ci il oktyabrın 8-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.