YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə Aprel döyüşləri şəhidinin xatirəsi anılıb

İmişli rayonunda 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Dədəkişiyev Cavid Gülbaba oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi Qaralar kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində düşmən üzərində qazanılan Qələbənin 2016-cı ilin Aprel döyüşlərindəki qalibiyyətimizin davamı olduğu, 44 günlük savaşda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin qisasının alındığı vurğulanıb.

Rayon təşkilatının sədri Səfa Ağayev şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verərək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Cavid Dədəkişiyevin xatirəsinin daim xalqın qəlbində yaşayacağını vurğulayıb.

Şəhidin atası Gülbaba Dədəkişiyev övladı ilə qürur duyduğunu deyərək, Cavidin qısa və şərəfli ömür yolundan danışıb, göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid Cavid Dədəkişiyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.