YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Böyük zəfərlərlə zəngin illər və uğurların əsasında dayanan siyasi peşəkarlıq” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının təşkilatçılığı ilə “Böyük zəfərlərlə zəngin illər və uğurların əsasında dayanan siyasi peşəkarlıq” mövzusunda tədbir keçirilib.

Təhsil işçilərinin, bir qrup ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə keçirilən tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin, həmçinin Vətən müharibəsində canlarını fəda edən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev bildirib ki, müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ümummilli Liderin ölməz ideyalarını, onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirir. Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri ilə mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb. Məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilib.

Həmçinin qeyd olunub ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində Zəfər qazanaraq Müzəffər Ali Baş Komandan kimi adını qızıl hərflərlə şanlı tariximizə yazdıran Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının lideridir. Bu gün Azərbaycan xalqının varlığı, mənliyi, qüruru olan üçrəngli bayrağımız əzəli yurd yerlərimizdə, Şuşada dalğalanmaqdadır. Dövlət başçısının xalqa layiqli xidməti hər zaman yüksək qiymətləndirilir.

Tədbirdə çıxış edən digər iştirakçılar da Vətən müharibəsində əldə edilən Qarabağ Zəfərinin tariximizin ən şərəfli səhifələrindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, böyük Zəfərin qalibləri Prezident, Ali Baş Komandan İlham Əliyev, müzəffər Azərbaycan Ordusu və dövlət başçımıza dəstəyini əsirgəməyən, onun arxasında dayanan, yürütdüyü siyasəti, sosial-iqtisadi islahatları daim yüksək qiymətləndirən xalqımızdır.

Sonda Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.