YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan idmançıları öz adlarını dünya idman tarixinə parlaq qələbələri ilə yanaşı ədalətli mübarizələri ilə də həkk etmişdir

Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən millimizin üzvləri ilə görüşməsi, Azərbaycanda idman sahəsinə olan diqqət və qayğının göstəricisidir. Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan idman sahəsində dünya miqyasında böyük uğurlara imza atmış və ölkəmizin nüfuzu durmadan artmaqdadır. Azərbaycanda idmanın hər bir sahəsində olduğu kimi güləş sahəsində də milli ənənələrimiz yaşayır. Bu gün ölkəmizdə idman sahəsində müzəffər ölkəni və qalib xalqı təmsil edən  güclü gənc nəsil yetişməkdədir. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, eyni zamanda dövlətimiz tərəfindən gənclərin vətənpərvərlik ruhunda və milli dəyərlərimiz əsasında tərbiyə alması istiqamətində bütün lazımi addımlar atılır. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində  bütün dünya  Azərbaycan gəncliyinin vətənpərvərlik ruhuna, qəhrəmanlığına şahidlik etdi:

“Azərbaycan idmançıları öz adlarını dünya idman tarixinə qələbələri ilə yanaşı ədalətli mübarizələri  ilə də həkk etmişdir. Ölkə başçısı Cənab İlham Əliyevin güləş üzrə Avropa çempionatında iştirak edən millimizin üzvləri  ilə görüş zamanı “qələbədən daha vacib ləyaqətdir” ifadəsini qeyd etməsi Azərbaycanın humanistliyinin, ədalətliliyinin bariz sübutudur.” Hər bir Azərbaycan vətəndaşı idmançılarımızın idman meydanlarında qazandığı qələbə xəbərlərini böyük sevgi, coşqu və qürur hiss ilə qarşılayırlar – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Cənab Prezidentimiz İlham Əliyevin idman sahəsində uğur qazanmış idmançılarımız ilə görüşməsi, onlarla səmimi söhbət etməsi artıq xoş bir ənənə halını almışdır:

“Bu diqqət və qayğı idmançılarımızı daha da ruhlandıraraq, gələcək qələbələrə aparır.”