YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Yusif Əliyevin məzarı və ailəsi ziyarət edilib

YAP Şamaxı rayon təşkilatının sədri və əməkdaşları Vətən müharibəsi şəhidi Əliyev Yusif Asif oğlunun məzarını və ailəsini ziyarət ediblər.

Əvvəlcə şəhid Yusif Əliyevin məzarı önünə tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı qeyd edib ki, şəhidlərimiz bizim qürur yerimizdir. Yusifin timsalında müharibəni zəfərlə taclandıran şəhidlərimizə və qazilərimizə vəfa borcumuz sonsuzdur.

Şəhidin ailəsi göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.