YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Yaşar Gülmalıyevə həsr edilən anım tədbiri təşkil edilib

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı Rafiq Abbasov adına Lək kənd 1 saylı tam orta məktəbində Birinci Qarabağ müharibəsi şəhidi Gülmalıyev Yaşar Ağabala oğluna həsr edilən anım tədbiri təşkil edib.

Əvvəlcə məktəbin şagirdləri vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Daha sonra çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və məktəbin direktoru Zakir Piriyev 44 günlük Vətən müharibəsində canından keçmiş Vətən oğullarının qısa və mənalı həyatının gələcək nəsillərə böyük örnək olduğunu vurğulayıblar.

Lək kənd 1 saylı tam orta məktəbinin məzunu olmuş Birinci Qarabağ müharibəsi şəhidi Cəfər Zeynalovun anası Lalə Zeynalova, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri - şəhid Xəyal Cəbrayılovun valideynləri Rafiq və Səbirə Cəbrayılovlar, şəhid leytenant Elnur Vəliyevin atası Əli Vəliyev və şəhid kiçik gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyev övladlarının qəhrəmanlıq yollarından danışıblar.

Şəhid Yaşar Gülmalıyevin qardaşı İsa Gülmalıyev şəhidlərə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra tədbir iştirakçıları Yaşar Gülmalıyevin ata ocağını ziyarət ediblər.