YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrində olublar

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının nümayəndələri Şəmkirin Qədimqala kəndindən olan şəhid Elçin Bəxtiyar oğlu İsrafilzadənin və Şəmkir rayonunun Morul kəndindən olan Etibar Teyyub oğlu Cəfərovun məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıb, ailələrini ziyarət ediblər.

YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev qeyd edib ki, igid oğullarımız torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərib, canlarından keçiblər. Bu gün dövlətimiz tərəfindən onların ailələrinə hər cür mənəvi və maddi dəstək göstərilir. Şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir, xalqımız həmişə onları ehtiramla yad edəcək.

Qeyd olunub ki, şəhidlərimiz erməni təcavüzünə qarşı döyüşlərdə qəhrəmancasına iştirak edib, işğal altında olan torpaqlarımızın azad edilməsində fədakarlıq nümunələri göstərərək, şəhidlik zirvəzinə ucalmışlar.

Şəhidlərin ailə üzvləri bu ziyarətlərin onlar üçün böyük təsəlli olduğunu vurğulayıb və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.