YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişli rayonun Göbəktala kəndində şəhidlərin məzarı ziyarət edilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının rəhbərliyi və fəalları rayonunun Göbəktala kəndində İkinci Qarabağ müharibəsi şəhidləri -kapitan Savalanov Nəcməddin Savalan oğlu, kapitan Həsənov Əsəd Fərhad oğlu, əsgərlər  Əzizov Sabir Hikmət oğlu, Hüseynov Nurlan Madər oğlu, Bayramov Elnur Şəmsi oğlu və Məmmədli Cavidan Valeh oğlunun məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb, onların ruhuna dualar oxuyublar.

Rayon təşkilatın aparat rəhbəri İlham Əsgərov bildirib ki, şəhid məzarlarını ziyarət etmək və onların abadlaşdırılmasında yaxından iştirak etmək bizim üçün  şərəfdir: «Biz şəhidlərimizin ruhu qarşısında  baş əyirik, əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin  ailələrinə və valideynlərinə  səbr diləyirik. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini əziz tutur. Ona görə də ölkəmizin hər yerində olduğu kimi, İmişlidə də şəhidlərimiz hörmət və izzətlə anılır.»

Qeyd edək ki, YAP İmişli rayon təşkilatının rəhbərliyi və fəalları həmçinin şəhid ailələrini, o cümlədən qaziləri davamlı olaraq ziyarət edərək onların problemləri və qayğıları ilə maraqlanırlar.