YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya və Fransa prezidentləri Qarabağ məsələsini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Tərəflər danışıq zamanı Əfqanıstanda, o cümlədən BMT Təhlükəsizlik Şurası və G20 - Kreml çərçivəsində sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.

Həmçinin söhbət əsnasında Qarabağdakı vəziyyət də müzakirə edilib. Putin fransalı həmkarını üçtərəfli bəyanatın həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.