YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajlar çox önəmlidir

Azərbaycan xalqını Qarabağ Zəfəri münasibətilə bir daha təbrik edirəm. Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirib.

İşğaldan azad olunan ərazilərin bərpası prosesinin sürətlə həyata keçirildiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik”.

Türkiyə Prezidenti Azərbaycana haqlı mübarizəsində olduğu kimi, yenidənqurma işlərində də hər cür dəstək verdiklərini və bu dəstəyi göstərməkdə davam edəcəklərini vurğulayıb.