YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirib

YAP Nərimanov rayon təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib.

Öncə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova, Humanitar kollecin müəllimi, tarixçi Rasim Rzaxanov və başqaları son 200 ildə azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumat verib və bildiriblər ki, bu soyqırımı azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğın siyasətinin tərkib hissəsi olub. Natiqlər qeyd edib ki, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçirilib. O illərdən uzun bir müddət keçməsinə baxmayaraq, tarixçilərimiz, arxeoloqlarımız kütləvi insan qırğınlarının canlı şahidinə çevrilən onlarla məzarlıqlar aşkar ediblər. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində Qubada, Şamaxıda, Gəncədə və bir sıra başqa regionlarda memorial komplekslər yaradılıb, çoxlu əsərlər, məqalələr yazılıb, abidələr qoyulub. Qeyd olunub ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilən bütün soyqırımlarına hüquqi-siyasi qiymət verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub və məhz Onun 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə tikilən Quba Soyqırımı Memorial Kompleksi ermənilərin xalqımıza qarşı törətdiyi bu qanlı cinayətin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayır. Həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond çox mühüm rol oynayır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Tədbir də o da bildirilib ki, Erməni vandalları azərbaycanlılara qarşı nə qədər amansız və qəddarlıq etsələr də, Azərbaycan xalqının mətinliyini, müqəddəs Vətən və milli dövlətçilik naminə səfərbərliyini, milli birliyini qıra bilməmişlər. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən müharibəsində erməni terrorçularının layiqli cavabını verdi. Bu gün biz artıq öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etmişik. Erməni faşistlərinin darmadağın etdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq və tezliklə bu yerlərə həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən şanlı səhifələridir, qan yaddaşımızdır.