YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatının gəncləri düşmən hücumu nəticəsində evləri dağıntılara məruz qalan sakinlərlə görüşüb

Azərbaycan Ordusunun gücü qarşısında acız qalan işğalmı Ermənistanın silahlı qüvvələri mülki əhalini və yaşayıç məntəqələrimizi ağır silahlardan atəşə tutur. Bu hücumlar nəticəsində döyüş bölgəsindən xeyli uzaqda yerləşən Mingəçevir şəhəri də zərər görüb. Bu barədə YAP Mingəçevir şəhər təşkilatından məlumat verilib.

   Məlumatda bildirilir ki, 4 oktyabr tarixində Mingəçevirə  raket zərbəsindən sonra Energetiklər qəsəbəsi ərazisindəki 2 yaşayış evi yararsız hala düşüb, digər bir neçə evə müxtəlif zərərlər dəyib. Bunun nəticəsində sakinlərdən 1 nəfər ciddi xəsarət aldığı üçün əməliyyat olunub və hal- hazırda xəstəxanada müalicə olunur. 4 nəfər isə müxtəlif dərəcəli yüngül xəsarət alıb. Sakinlərə  böyük maddi ziyan dəyib.

YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin könüllüləri ciddi evləri dağıntılara məruz qalan şəhər sakinləri Yaqub Bağırovun və İnqilab Məmmədovun evlərinə baş çəkərək mənəvi dəstək göstərib, dağıntıların təmizlənməsində sakinlərə kömək ediblər.