YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Litvadakı Azərbaycan diasporu Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu ölkənin dövlət və hökumət nümayəndələrinə müraciət edib

Litva Azərbaycanlıları Cəmiyyəti və Litva–Azərbaycan Assosiasiyası Azərbaycan ilə Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişənə adekvat reaksiyanın verilməsi, işğalçı Ermənistana təzyiqin göstərilməsi, ona qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsi ilə qoşunlarını Azərbaycan işğal olunmuş bütün ərazilərindən qeyd-şərtsiz çıxarmağa məcbur edilməsi məqsədilə Litvanın dövlət və hökumət nümayəndələrinə müraciət ünvanlayıb.

Müraciətin tam mətni bu ölkənin “ELTA” xəbərlər agentliyinin saytında Litva və rus dillərində dərc edilib, həmçinin sosial şəbəkələrdə geniş yayılıb.

Müraciətdən bildirilir ki, Litva və onun NATO blokundakı bütün hərbi müttəfiqləri Dağlıq Qarabağ bölgəsini Azərbaycan ayrılmaz tərkib hissəsi kimi tanıyır. Bu ərazilər Ermənistan tərəfindən işğal edilib. İşğal zamanı orada yaşayan azərbaycanlılar öz yurdlarından didərgin salınıblar.

Hazırda bu ərazidə yaradılan qondarma rejim dünyanın heç bir ölkəsi tərəfindən rəsmən tanınmayıb.

Diqqətə çatdırılır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir dövlətin ərazisinə iddia etmir və öz torpaqları üzərində suverenliyini bərpa etmək istəyir. Əgər beynəlxalq ictimaiyyət təxminən 30 ilə yaxındır davam edən bu münaqişənin həllini istəyirsə, o zaman Ermənistanı öz qoşunlarını Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmasına məcbur etməlidir.