YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Kanadada qeyd edilib

Azərbaycanın Kanadadakı səfirliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ziyafət təşkil edib.
Səfirlikdən bildiriblər ki, tədbirdə Kanadanın Ottava və Monreal şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açıb, bu bayramın təsis edilməsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü olduğunu xüsusi vurğulayıb. Qeyd edilib ki, bu əlamətdar gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımızın respublikamızla əlaqələrini möhkəmləndirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ramil Hüseynli, həmçinin Kanadada yaşayan icma üzvlərini bir olmağa, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son qoyması istiqamətində səylərini səfərbər etməyə çağırıb.
Tədbirin sonunda Azərbaycan musiqisindən parçalar və milli rəqslərimiz nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv