YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aytən Hüseynova: Biz işğal altında olan torpaqlarımızı müharibə yolu almağa qadir orduya malikik

Aytən Hüseynova

YAP Gənclər Birliyi baş ofisinin əməkdaşı

Bəllidir ki, iyul ayının 12-dən erməni hərbçiləri növbəti dəfə təxribata əl ataraq Tovuz istiqamətində atəşkəsi pozmuşlar. Bu azmış kimi, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın hərbi qüvvələri haqqında yalan məlumat yaymaqla məşğuldur. Bu yalanlara ancaq erməni ağlında olanlar inana bilər. Yalanlar bitmir, ermənistan tərəfi iddia edir ki, Azərbaycan hərbi qüvvələri onlarla canlı qüvvə və texnika itkisinə məruz qalmışdır. Bu məqamda deyəsən öz vəziyyətlərini təsvir ediblər. Axı, məhz Ermənistanda həlak olanların sayı gizlədilir və buna görə etirazçılar mitinq keçirərək ölənlərin sayı haqda düzgün informasiya tələb edirlər. Bu yalanların siyahısını çoxaltmaq olar.

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ali Baş Komandan bu yalanı çox dəqiqliklə şərh etmiş, onların yalanlarını ifşa etmişdir. Bu yalan məlumatları faktlarla əsaslandıraraq doğru olmadığını səsləndirmişdir.

Azərbaycan ordusu lazımi dərəcədə maddi-texniki bazaya malikdir, hərbçilərimizin döyüş hazırlığı, ruh yüksəkliyi hər zaman yüksək səviyyədədir. Biz işğal altında olan torpaqlarımızı müharibə yolu almağa qadir orduya malikik. 2016-cı ildə baş vermiş və şanlı tarixə çevrilmiş Aprel döyüşləri buna sübutdur. Lakin, nədənsə düşmən tərəfi bunu ya anlamaq istəmir, ya da anlayaraq təxribat törətməklə nəyəsə nail olacaqlarını düşünürlər. Amma dünya müstəvisində rüsvay olmaqdan başqa nə isə qazanacaqlarını düşünmək sadəlövlük olardı.

Biz, Azərbaycan gəncləri hər zaman Ali Baş Komandanın ətrafında sıx birləşməliyik, vahid olmalıyıq, Qarabağ probleminin həlli bizim birliyimizdən keçir, daxildə sapı özümüzdən olan baltaların heç bir təxribatına uymamalıyıq!

Biz birlikdə güclüyük! Hər birimiz əsgərik!