YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Fərzəliyev: Düşmən təxribatının qarşısının alınması zamanı Milli Ordumuz böyük şücaət göstərir

“Hazırda dövlətimiz və xalqımız mühüm bir sınaqla  qarşı-qarşıyadır. Erməni daşnakları yenidən məkrli niyyətlərini işə salaraq sərhədlərimizi pozmaq istəyir, işğalçı mövqeyindən əl çəkmək istəmirlər. İyulun 12-də başlayan təxribat zamanı düşmən alınan cavabdan nəticə çıxarmayaraq, yenidən artilleriya silahlarından istifadə etsə də, ordumuz tərəfindən bu cəhdin də qarşısı çox böyük qətiyyətlə alındı, düşmənin müxtəlif təyinatlı hərbi texnikası, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edildi. Baxmayaraq ki, Ermənistan tərəfi Tovuz rayonu ilə yanaşı, digər istiqamətlərdə də təxribatlarını davam etdirir, həmçinin bu təxribatlar zamanı yalnız mövqelərə deyil, xislətlərinə uyğun olaraq mülki əhalinin yaşadıqları ərazilərə də artilleriya silahlarından atəş açırlar”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl təşkilatının sədri Arif Fərzəliyev deyib.

  A.Fərzəliyev bildirib ki, düşmən təxribatının qarşısının alınması zamanı Milli Ordumuzun hissələri böyük şücaət göstərir və hazırda da Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqinlə gəlirlər. “Belə ki, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Təhlükəsizlik Şurasının iclasında ölkə başçısı bir daha bildirdi ki, şəhidlərimizin qisası layiqincə alınmış, ölkəmiz bir santimetr belə öz ərazisini verməmişdir.  Müharibə həm də informasiya müharibəsidir, düşmənin informasiya müharibəsi zamanı əlavə olaraq dezinformasiyanı ötürməsi, olmamış hadisələri olmuş kimi qələmə verməsi, habelə köhnə və ya həqiqəti əks etdirməyən məlumatları yaymasına şərait yaradılmamalıdır. Milli Ordumuza aid olan məlumatları paylaşmamalı, hər birimiz təmkinli olmalı, veriləcək əmr və göstərişləri vaxtında icra etməyə hazır olmalı, pandemiya dövründə tələblərini nəzərə alaraq dövlət orqanlarının işlərini çətinləşdirən hallara yol verməməliyik. Düşmən müharibəni yalnız cəbhədə aparmır, bu müharibənin bir hissəsi həm də onların “əlaltıları” vasitəsilə həyata keçirilən təxribat siyasətidir”-deyə, təşkilat sədri qeyd edib.