YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ölkəmizdə güclü milli həmrəylik mövcuddur

“Azərbaycan cəmiyyəti inanır ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq. Görünür ki, bu reallıq Ermənistan və ona havadarlıq edənləri, habelə daxilimizdəki "5-ci kolon"u möhkəm narahat edib”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, iyulun 14-də gecə radələrində bir qrup təxribatçının Milli Məclisin binasına qeyri-qanuni müdaxiləsi, antidövlət şüarlar səsləndirməsi və qanunverici orqanın əmlakına zərər vurması təsadüfi hadisə olmayıb, öncədən planlaşdırılmış təxribatın nəticəsidir. Sərhəddə yaşanan son hadisələrlə bağlı orduya və dövlətə dəstəyini, düşmənə isə nifrətini ifadə etmək üçün yürüşə çıxan insanların sıralarına öncədən hazırlaşdırılmış və təlim almış təxribatçılar yerləşdirilib. Məqsəd Azərbaycanı 1990-cı illərin ssenarisi üzrə məhvə sürükləmək, ölkədə hakimiyyətsizlik mühiti formalaşdırmaq və bununla da yeni ərazi işğallarına şərait yaratmaq perspektivdə isə vətəndaş müharibəsini labüd etməkdən ibarətdir.

“Amma Azərbaycan polisinin operativ reaksiyası nəticəsində təxribatçılar  ərazidən kənarlaşdırıldılar. Onların kimliyi müəyyənləşdirilir. Heç kəs məsuliyyətdən kənarda qalmayacaq.  Cənab Prezident Nazirlər Kabinetinin iclasında vurğuladı ki, söhbət Vətəndən, torpaqdan, ümummilli məsələlərdən gedəndə heç bri güzəştdən söhbət gedə bilməz. Bu təxribatda günahı olan hər kəs hüquqi müstəvidə layiqli cəzasını alacaq və heç bir güzəştdən söhbət gedə bilməz. Beləliklə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlər bir daha göstərdi ki, bu gün Azərbaycanda səfərbər olunmuş cəmiyyət var, həmrəylik hökm sürür, xalq-hakimiyyət birliyi monolitdir. Xalq öz Prezidentini birmənalı şəkildə dəstəkləyir və Azərbaycan Ordusu Ali Baş Komandanın qarşıya qoyduğu istənilən vəzifənin öhdəsindən gəlməyə hazırdır”-deyə, millət vəkili qeyd edib.